Paşinyan separatçılara daha bir milyon dollar verəcək 

 23:27 28.12.2022     227

Ermənistan hakimiyyəti Qarabağdakı separatçılara daha bir milyon dollar verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O, bu il ərzində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki ermənilərə 410 milyon dollar yardım ayrıldığını deyib.

"Nazirlər Kabinetinin sabahkı qərarı ilə artıq yardımın məbləği 411 milyon dollara çatacaq", - Paşinyan qeyd edib.