Rusiyada eks-deputata cinayət işi açıldı

Rusiya İstintaq Komitəsi Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarevə (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaydığına görə cinayət işi açıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Rusiya Federasiyasının İstintaq Komitəsi İlya Ponomarevə münasibətdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə ("RF Silahlı Qüvvələrinin haqqında bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması") cinayət işi açdı. Bu, cümə axşamı hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın yeddi şəhərində bir sıra Telegram kanallarının administratorları və Moskvanın keçmiş bələdiyyə deputatları üzərində silsilə axtarışlara başlayıblar”, - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.
Turan İSMAYIL