Daha bir ölkə Çindən gələnlər üçün məcburi test tətbiq edəcək

 09:35 29.12.2022     335

Böyük Britaniya Çindən gələnlər üçün məcburi COVID-19 testlərinin tətbiqini nəzərdən keçirəcək.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, eləcə də Səhiyyə və Sosial Müdafiə nazirliklərinin məsul şəxsləri Çindən gələn səyahətçilər üçün "COVID-19"u tətbiq edib-etməməsi ilə bağlı qərar verəcəklər.

Xatırladaq ki, bir müddət öncə ABŞ da Çindən gələn bütün səyahətçilərin təyyarəyə minərkən COVID-19 testinin mənfi nəticəsinin sübutunu təqdim etməli olduğunu elan edib.

Bundan əvvəl ölkədə məhdudlaşdırıcı tədbirlərin yumşaldılması fonunda Çində koronavirusa yoluxanların sayının artdığı bildirilirdi.

Eyni zamanda, Yaponiya, Cənubi Koreya və Hindistanın Çindən gələn sərnişinlərdən COVID-19 testindən keçmələrini tələb etdiyi bildirilir.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən