ABŞ-da qadın maşında donub öldü

 10:26 29.12.2022     331

Son 40 ilin ən böyük fırtınası ilə üzləşən ABŞ-da həyatını itirənlərin sayı günü-gündən artır.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, Nyu-Yorkun Buffalo şəhərində avtomobildə qalan 22 yaşlı qadın yardım qrupları gəlməyincə donaraq ölüb.

Qohumları bildiriblər ki, iş üçün Şimali Karolinadan Buffaloya köçən 22 yaşlı Annendel Taylor həftə sonu evə gedərkən avtomobilində qapalı qalıb.

Həmidə İbrahimova