Ötən gün Ukraynada 800-ə yaxın işğalçı məhv edilib

 10:40 29.12.2022     221

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 104560 (+790) nəfər canlı qüvvəsi, 3018 (+1) tank, 6047 (+10) ədəd zirehli döyüş maşını, 2004 (+5) ədəd artileriya sistemi, 423 (+5) reaktiv yaylım atəşi sistemi, 212 (+0) hava hücumundan müdafiə sistemi, 283 (+0) təyyarə, 268 (+1) helikopter, 1717 (+10) PUA, 653 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4675 (+15) avtomobil texnikası və avtosistern, 179 (+0) xüsusi texnikası məhv edilib.

Rusiya ordusu ötən gün ən böyük itkiləri Liman və Baxmut istiqamətlərində verib.

Turan İSMAYIL