Ruslar Ukrayna şəhərlərini Qara dənizdən raket atəşinə TUTUR
Qara dənizdə rus işğalçıları atış gəmilərinin sayını artırıblar.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə “Cənub” əməliyyat komandanlığından məlumat verilib.
"Düşmən Qara dənizdə yerüstü və sualtı raketdaşıyıcılarını döyüş növbəsinə götürüb. 20 kalibrə qədər buraxılmağa hazırdır", - məlumatda deyilir.
Qeyd olunur ki, işğalçılar əlavə olaraq Qara dənizə sualtı reaktiv yaylım atəşi sistemi gətiriblər.
xatırladaq ki, bu səhər bütün Ukraynada genişmiqyaslı hava xəbərdarlığı elan edilib. Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Aretoviçin sözlərinə görə, Rusiya Ukraynaya bir neçə dalğada 100 raket atmağı planlaşdırır.
Saat 08:00-da rusların Sumıya göndərdiyi raketlərin ilk buraxılışları barədə məlum olub. Sonradan Kiyevdə və bölgədə partlayışlar gurlanıb.
Odessa vilayətində partlayış səsləri barədə də məlumat verilir. Bundan başqa Sumı rayonu üzərində rus raketi vurulub.
Turan İSMAYIL












