Ermənistanda donuz qripi yenidən yayılıb - Nazir: "Kifayət qədər təhlükəlidir”
Ermənistanda donuz qripi yenidən yayılmağa başlayıb.
Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu hökumətin iclasından sonra keçirilən brifinqdə səhiyyə naziri Anahit Avanesyan deyib.
O, əlavə edib ki, koronavirusla bağlı vəziyyət nisbətən stabilləşsə də, qripə yoluxma halları artır.
Nazir xatırladıb ki, qripə yoluxma halları həmişə olduğu kimi qışda artır, lakin son iki-üç ildə koronavirus pandemiyası səbəbindən bu virus arxa plana keçib.
“İndi təəssüf ki, H1N1 (donuz qripi) qripinin ştammı yenidən yayılır ki, bu da kifayət qədər təhlükəlidir”, - nazir bildirib.
Avanesyan bir daha 12 yaşınadək uşaqları və xroniki xəstəlikləri olan vətəndaşları qripə qarşı peyvənd etməyə çağırıb, peyvəndlərdə H1N1-ə qarşı antitellərin də olduğunu xatırladıb.
Turan İSMAYIL












