Ukraynada evə düşən Rusiya raketi möcüzəvi şəkildə partlamadı - FOTO

 13:51 29.12.2022     343

Cümə axşamı səhər saatlarında Rusiya Ukraynanın bir sıra yaşayış məntəqələrinə kütləvi raket zərbələri endirib. Ölkənin qərbində də hava xəbərdarlığı elan edilib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, İvano-Frankivsk vilayətindəki kəndlərdən birinə Rusiya raketinin düşməsinin dəhşətli fotosu yayılıb. Belə ki, raket möcüzəvi şəkildə partlamayıb.

"İvano-Frankivsk vilayətindəki bu kənd Rusiyadan təxminən min kilometr aralıdadır. Səhər raket evin içərisinə doğru uçdu, möcüzəvi şəkildə partlamadı. Rusların rüsvayçılığının həddi-hüdudu yoxdur", - yayılan məlumatda deyilir.

Qeyd edək ki, bu gün səhər saat 6:00-dan sonra Ukraynanın bir sıra vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib və daha sonra ölkənin qərb vilayətlərinə yayılıb. Bildirilib ki, Odessa, Kiyev, Jitomir, Sumı, Xarkov, Poltava, Lvov və bir sıra digər bölgələrdə partlayış səsləri eşidilib.

Kiyevdə vurulan raketlərin parçaları Darnitski rayonunda üç fərdi evə və bir avtomobilə ziyan vurub. Qoloseyevski rayonunda sənaye müəssisəsi və Peçerskidəki uşaq meydançası da zərər görüb. 

Rəsmi məlumata görə, dekabrın 29-da Rusiya Ukraynaya qarşı növbəti kütləvi raket hücumu həyata keçirərək ölkə ərazisinə 120 raket atıb.

Turan İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən