Rusiyanın Engels hərbi aerodromunda yenə partlayış oldu

 13:57 29.12.2022     272

Rusiyanın Engels hərbi aerodromunda yenə partlayış olub.

Redaktor.az xəbər verir ki, məlumatı “Mash” yayıb.

Bildirilib ki, ərazidə hava həyəcanı siqnalı verilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.

Qeyd edək ki, dekabrın 26-da həmin aerodroma dronla hücum olmuşdu. Nəticədə Rusiyanın bir neçə hərbçisi ölüb və yaralanıb.

Xatırladaq ki, bu hərbi aviabaza Rusiyanın Saratov vilayətinin eyniadlı şəhərində yerləşir.

Aerodrom Rusiya Aerokosmik Qüvvələrinin aviabazasıdır.

Aerodromun rəsmi adı “Engels-2”dir. Orada “Tu-160” və “Tu-95MS” strateji bombardmançı təyyarələr olan aviasiya alayı yerləşir.