Litvada rusdilli qəzetin nəşri dayandırıldı

 15:20 29.12.2022     346

Litvada rusdilli həftəlik “Litva kuryeri” qəzeti 2023-cü ildə nəşrini dayandıracaq. 

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bütün bu çətin ildə, eləcə də “Litva kuryeri”nin ilk nömrəsinin çıxdığı tarixdən bütün 27 il 9 ay ərzində bizimlə olduğunuz üçün sizə, oxucularımıza təşəkkür edirik”, - deyə redaksiyanın aşıqlamasında deyilir.

Qeyd edək ki, Litvada rus dilində gündəlik qəzet yoxdur. Həftəlik formatda 1995-ci ildən nəşr olunan “Litva kuryeri” ilə yanaşı, “Obzor” və “Ekspress həftəsi” qəzetləri də nəşr olunur. Onların nəşrlərinin əksəriyyəti Rusiya qəzetlərinin təkrar nəşrləridir.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən