Cənubi Koreyada tuneldə yanğın: 5 ölü, 37 yaralı var
Cənubi Koreyanın Qvaçeon şəhərində tuneldə baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 37 nəfər yaralanıb.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Qvaçeonda yerli vaxtla saat 14:49-da tuneldə yanğın baş verib.
Məlumata görə, alov sürətlə yayıldığı üçün ərazidən qatı tüstü qalxıb.
İlkin məlumata görə, yanğının avtobusla yük maşınının toqquşması nəticəsində başladığı bildirilib.
Alov 2 saat yarımdan sonra söndürülüb. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Həmidə İbrahimova












