Rusiyada Georgi lentini təhqir edənlər həbs olunacaq - Putin İMZALADI

 16:54 29.12.2022     352

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın hərbi şöhrətinin və Böyük Vətən müharibəsində Sovet xalqının qələbəsinin simvollarından biri kimi Georgi lentinin statusunu təyin edən qanunu imzalayıb.

Redaktor.az xəbər verir ki, müqəddəs Georgi lentinin ictimai təhqirinə görə indi cinayət məsuliyyəti nəzərdə tutulur. Müvafiq sənəd cümə axşamı rəsmi hüquqi informasiya portalında dərc olunub.

Mövcud qanunvericiliyə görə, vətəndaş tərəfindən hərbi şöhrət simvolunun ictimai şəkildə təhqir edilməsi 3 milyon rubla qədər cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq və ya internetdə törədilən eyni hərəkətlər 2 milyondan 5 milyon rubla qədər cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanun tənzimləyir ki, lent yalnız tarixi yaddaşla bağlı məqsədlər üçün, məsələn, hakimiyyət orqanları tərəfindən Qələbə Gününə həsr olunmuş və ya Böyük Vətən müharibəsi hadisələri ilə bağlı qeyd etmələr zamanı istifadə edilə bilər. Bundan əlavə, Georgi lenti Rusiyanın hərbi şöhrəti günləri ilə bağlı döyüşlərdə fərqlənmiş rus əsgərlərinin xatirəsini əbədiləşdirən tədbirlərdə, ölkənin yaddaqalan tarixlərində, hərbi-vətənpərvərlik və mənəvi-əxlaqi tədbirlərdə istifadə oluna bilər.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən