İtaliya Ukraynada sülh müqaviləsinin təminatçısı olmağa hazırdır

İtaliyanın baş naziri Corc Meloni bildirib ki, Roma Ukraynada sülhün əldə olunması üçün istənilən səyi dəstəkləyəcək.
Redaktor.az xəbər verir ki, mətbuat konfransı zamanı o, fevralda, xüsusi hərbi əməliyyatın başlanmasının birinci ildönümündən əvvəl Kiyevə getmək niyyətində olduğunu bildirib.
"Sülh nizamlanması üzərində konkret işləmək lazımdır. Hər iki tərəfdən siqnal lazımdır. Bu gün əhəmiyyətli siqnallar yoxdur, lakin Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbət zamanı bunu eşitdiyimə sevindim. O, İtaliyada təşəbbüs göstərmək niyyətindədir, sülh prosesinin təminatçısı kimi çıxış etməyə hazırdır, ona görə də mən fevralın 24-dək Kiyevə səfər etmək niyyətindəyəm”,- Meloni bildirib.
Tunar Altunbay