Netanyahu İsrailin yeni baş naziri kimi and içdi

 19:16 29.12.2022     408

Knesset (İsrail parlamenti) cümə axşamı 1 noyabr seçkilərinin nəticələrinə görə Likud partiyasının lideri Benyamin Netanyahunun yaratdığı hökumətə etimadın lehinə çıxış edib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Netanyahu artıq İsrailin yeni baş naziri kimi and içib.

Yeni Netanyahu hökumətində 31 nazir və 5 nazir müavini var. Hökumət koalisiyasına, Likud partiyasından əlavə, ultra-pravoslav blokları olan Şas və Birləşmiş Tövrat Yəhudiliyi, həmçinin Dini Sionizm, Otzma Yehudit (Yəhudi Gücü) və Noam ultrasağ siyasi partiyaları daxildir. O, Knessetdəki 120 yerdən 64-nə nəzarət edir.

Bu, Netanyahunun siyasi karyerasında altıncı, İsrail hökumətində isə 37-ci baş nazirlikdir. Netanyahu bundan əvvəl 1996-1999 və 2009-2021-ci illərdə baş nazir olub. Yair Lapid and içdiyi andan keçid hökumətinin başçısı vəzifəsini dayandırdı və müxalifətə keçdi.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən