Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri üçtərəfli komissiya barədə razılaşdı

 19:31 29.12.2022     358

Çərşənbə günü Moskvada keçirilən danışıqlarda Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirliklərinin rəhbərləri birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mənbələrinə istinadən Əl-Cəzirə telekanalı məlumat yayıb.

Çərşənbə günü Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib.

Tərəflər Suriya böhranı və qaçqınlar probleminin həlli yollarını, həmçinin Suriyada ekstremist qruplarla mübarizədə birgə səyləri müzakirə ediblər.

Tunar Altunbay