İsveç xəstəxanaları COVID xəstələri ilə dolub-daşır

 22:15 29.12.2022     383

Hazırda İsveç xəstəxanalarında COVID-19-dan müalicə olunan 2179 xəstə var. Krallığın səhiyyə idarəsi cümə axşamı bildirib ki, bu, 2022-ci il üçün yeni rekorddur.

Redaktor.az TASS-a istinadla bildirir ki, əvvəlki rekord yanvar ayına təsadüf edib. Ölkənin tibb müəssisələrində eyni zamanda 2138 koronavirus xəstəsinə yardım göstərilib.

Pandemiyanın bütün dövrü üzrə rekord 2021-ci ilin yanvarında qeydə alınıb. Həmin vaxt 2972 ​​nəfər koronavirusa yoluxmuş şəxs xəstəxanalarda müalicə olunub.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən