Bayden 1,7 trilyon dollarlıq büdcəni təsdiqlədi
ABŞ prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə qanun layihəsini imzalayıb.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, xəbər verir ki, qanun layihəsində Ukraynaya 45 milyard dollar yardım da daxildir.
Büdcədə tibbi tədqiqatlar, təhlükəsizlik, veteranların sağlamlıq xidmətləri, fəlakətlərin bərpası və qadınlara qarşı zorakılıq hüquq fondlarına investisiyaların nəzərdə tutulduğunu qeyd edən Bayden, büdcənin Ukraynaya da əhəmiyyətli dəstək verəcəyini bildirib.
Həmidə İbrahimova












