ABŞ-ın dövlət katibi Rusiyanı HƏDƏLƏDİ

 10:01 30.12.2022     380

ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyaya xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, o,bu barədə tviterdə məlumat paylaşıb. Onun sözlərinə görə, Rusiya Ukraynaya hücumlarını dayandırmalı, qoşunlarını geri çəkməli və sülh masası arxasına oturmalıdır.

“Ukrayna sülh təklifləri irəli sürür. Moskva isə buna cavab olaraq raket zərbələri ilə kritik enerji infrastrukturuna zərbələr endirir”, - E.Blinken vurğulayıb.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən