Kiyevdə həyəcan siqnalları fəryad edir

“Dron hücumları davam edir“.
Redaktor.az “Reuters“ə istinadla xəbər verir ki, bunu Kiyev vilayətinin qubernatoru Olekskiy Kuleba "Telegram" kanalında bildirib.
Rusiyanın fevralda müharibəyə başladığından bəri ən böyük hava hücumunu həyata keçirməsindən bir gün sonra, şəhər boyu həyəcan siqnalları səsləndiyi üçün Kiyev sakinləri sığınacaqlara getməyə çağırılıb.
Həmidə İbrahimova