İsrail Çindən gələnlərdən COVİD testi tələb edəcək

 18:11 30.12.2022     443

Çindən İsrailə gələn sərnişinlərdən COVİD testinin nəticələrini təqdim etmələri tələb olunacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü yəhudi dövlətinin yeni səhiyyə naziri Arye Deri qərar verib.

Onun sözlərinə görə, bu tədbir İsrail Səhiyyə Nazirliyinin mütəxəssislərinin tövsiyələri əsasında təsdiqlənib.

Bildirilir ki, bundan sonra Çindən İsrailə uçan aviadaşıyıcılar sərnişinlərdən sınaq nəticələrini tələb etməli olacaqlar.

Qeyd edilir ki, İsrail hakimiyyətinin tələbi Çində yeni COVİD epidemiyası ilə bağlıdır.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən