Türkiyədə restoranda partlayış - 7 ölü, 5 yaralı - VİDEO

 18:12 30.12.2022     455

Türkiyənin Aydın əyalətinin Nazilli rayonunda restoranda yerli vaxtla 15.30 radələrində baş verən qaz balonunun partlaması nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Redaktor.az “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Aydın valisi Hüseyn Aksoy məlumat verib. Onun sözlərinə görə, Altıntaş Məhəlləsi,  Kıbrıs küçəsindəki restoranda partlayış balonların dəyişdirilməsi zamanı baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Tunar Altunbay