"Ukraynaya hərbi yardım sülhə aparan ən qısa yoldur" - NATO-nun baş katibi

 18:28 30.12.2022     452

NATO-nun Ukraynaya hərbi yardımı Kiyev və Moskva arasında tezliklə atəşkəsə nail olmağa kömək edəcək.

Redaktor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "dpa" xəbər agentliyinə müsahibəsində bildirib.

“Nə qədər paradoksal səslənsə də, Ukraynaya hərbi yardım sülhə aparan ən qısa yoldur", - o, deyib.

Baş katib həmçinin əlavə edib ki, Rusiya Ukrayna ilə bağlı məqsədinə çatmayacağına əmin olmalıdır və o zaman sülh danışıqları mümkün olacaq.

Qeyd edək ki, bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski Ukraynada “sülh formulunu” açıqlayıb. Onun fikrincə, hərbi əməliyyatlar dayandırılmalıdır.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən