Hökumət Putinə bu təşkilatla müqavilələrə xitam verməyi təklif etdi

 18:59 30.12.2022     400

Rusiya hökuməti Avropa Şurasının Rusiya ilə bağlı beynəlxalq müqavilələrinə xitam verilməsi təklifini bəyənib və Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı bu gün dərc edilib.

Sənədə əsasən, o, Dövlət Dumasına təqdim olunmaq üçün dövlət başçısına təqdim olunur.

Qeyd edək ki, Rusiya 2022-ci ilin martında Avropa Şurasından çıxıb.

Turan İSMAYIL