Polis Türkiyədə restorandakı partlayışa görə bir nəfəri saxladı

 19:18 30.12.2022     328

Polis Türkiyənin Nazilli şəhərində bir restoranda məişət qazının partlaması nəticəsində 7 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən insidentdə əli ola biləcək bir nəfəri saxlayıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Bəkir Bozdağ Tviter hesabında məlumat verib.

Onun sözlərinə görə, prokurorluq hadisə ilə bağlı cinayət işi açıb. Müəssisədə işləyən 5 nəfərin barəsində həbs qətimkan tədbiri seçilib.

Restoranın yerləşdiyi üçmərtəbəli binada partlayış yerli vaxtla saat 15:35-də baş verib. Hadisə yerinə baş çəkən Aydın vilayətinin qubernatoru Hüseyn Aksoyun sözlərinə görə, səlahiyyətlilər fövqəladə vəziyyətin əsas səbəbi kimi balonların dəyişdirilməsi zamanı baş verən qaz partlayışını hesab edir. Ümumilikdə restoranda 20-dən çox insan olub. Qurum rəhbərliyinin qaz sızması ilə bağlı xəbərdarlığından sonra onların əhəmiyyətli hissəsi təxliyyə edilib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən