Türkiyədə daha bir faciə - 5 nəfər aşan kranın altında can verdi

 20:28 30.12.2022     331

Türkiyənin İzmir şəhərində kran aşıb, azı 5 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Televiziya şirkətinin məlumatına görə, hadisə çoxmərtəbəli hotelin tikintisində baş verib.

TRT telekanalı xilasetmə xidmətlərindəki mənbələrə istinadən xəbər verir ki, hadisə kranın qaldırılması işləri zamanı baş verib.

İlkin məlumata görə, iki nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Hotel inşası zamanı kran aşdı - 5 nəfər öldü 

Vumart və Güvən reklamı Vumart Güvən