Almaniya və Fransa lideri Braziliyaya səfər edəcək

 22:00 30.12.2022     328

Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron Braziliyaya səfər etməyi planlaşdırırlar.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, səfər Braziliyanın yeni seçilən prezidenti Luiz İnasio Lula da Silvanın vəzifəyə başlamasından sonra baş tutacaq.

Qeyd edək ki, Lula bu il prezident seçilib və yanvarın 1-də and içəcək.