Putin Medvedevin arvadını təltif etdi
Rusiya prezidenti Vladimir Putin Sosial və Mədəni Təşəbbüslər Fondunun prezidenti Svetlana Medvedevanı “Xeyirxahlığa görə” fərqlənmə nişanı ilə təltif edib.
Redaktor.az xəbər verir ki, müvafiq sərəncam bu gün rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sərəncama əsasən, mükafat xeyriyyəçilik və ictimai fəaliyyətə böyük töhfəyə görə verilib.
Qeyd edək ki, Svetlana Medvedeva Rusiya Federasiyasının üçüncü Prezidenti (2008-2012), Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin arvadıdır.
Turan İSMAYIL












