Fransa Çindən gələnlərdən test tələb edəcək

 23:45 30.12.2022     331

Fransa Çindən gələn şəxslərdən mənfi COVID-19 testi tələb edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Franceinfo" nəşri məlumat yayıb.

Bildirilir ki, bu qayda 1 yanvar 2023-cü il tarixindən etibarən qüvvəyə minəcək. Testlər səyahətə başlanazdən ən azı 48 saat əvvəl verilməlidir.

Fransa 2023-cü il yanvarın 8-dən çinli turist və iş adamları dalğasına hazırlaşır. Təyyarədə maskalar məcburi olacaq.

 

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən