Kazinoda yanğın 26 nəfərin həyatına son qoydu - VİDEO

 13:50 31.12.2022     327

Kamboca Krallığının qərbində yerləşən otelin kazinosunda baş verən güclü yanğın nəticəsində 26 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri məlumat yayıb.

Məlumatı Kambocanın Banteymeançey vilayətinin qubernatoru da təsdiqləyib.

O qeyd edib ki, ölənlərdən 17-si Tailanddan, bir nəfər Nepal, bir nəfər Malayziya, bir nəfər Çindəndir, altı cəsədin şəxsiyyətini isə hələ də müəyyən etmək mümkün olmayıb.

İnsident nəticəsində 57 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Məlumat üçün qeyd edək ki, hadisə dekabrın 28-də gecə saatlarında baş verib. Yanğını lokallaşdırmaq yalnız 12 saat sonra mümkün olub. Axtarış-xilasetmə əməliyyatı isə 39 saat davam edib.

Vumart və Güvən reklamı Vumart Güvən