Pelenin anası oğlunun ölümündən xəbərsizdir

 15:10 31.12.2022     207

Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selest Arantes oğlunun ölümündən hələ də xəbərsizdir.

Redaktor.az xəbər verir ki, bu barədə keçmiş forvardın bacısı danışıb:

“Biz danışırıq, amma onun vəziyyətdən xəbəri yoxdur. O, öz aləmindədir. Adını çəkib “Onun üçün dua etməliyik” deyəndə gözlərini açır. Amma əslində anam dəqiq nə demək istədiyimi başa düşmür”.

Xatırladaq ki, Pelenin anasının 100 yaşı var.

Qeyd edək ki, Pele 2 gün əvvəl 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.