İtaliyada təyyarə Alp dağlarına qəza enişi etdi

 18:15 31.12.2022     167

İtaliyada mühərriki dayanan kiçik təyyarə Alp dağlarında məcburi eniş edib.

Redaktor.az xəbər verir ki, “Trento” hava limanından bir pilot və iki sərnişinlə havaya qalxan təyyarə mühərrik nasazlığı səbəbindən Laqoray dağ silsiləsində 2100 metr yüksəklikdəki qarla örtülmüş əraziyə məcburi eniş edib. Təyyarədən sağ çıxmağı bacaran və kömək istəyən pilot ilə sərnişinlər helikopterlə xilas edilib.

Yüngül xəsarətlər alan pilot və sərnişinlər tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb.