Torpaq sürüşməsi 8 nəfərin həyatına son qoydu

 19:13 31.12.2022     353

Konqo Demokratik Respublikasının şərqindəki mədənlərin yaxınlığında torpaq sürüşməsi baş verib.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər həlak olub.

 Məlumata görə, torpaq sürüşməsi zamanı daha 9 nəfər ağır yaralanıb, onların vəziyyəti ağırdır.

 Bildirilir ki, Konqonun qeyd olunan ərazisində sürüşmə tez-tez baş verir. Ərazidə güclü yağışlar torpaq sürüşmələrinə səbəb olur.

 

Vumart və Güvən reklamı Vumart Güvən