Ukraynalılar raket yağışı altında yeni ili qarşılayır - FOTO

 20:36 31.12.2022     194

Müharibənin davam etdiyi Ukraynada ağır qarşıdurmaların izlərini daşıyan qəsəbələrdə yaşayan insanları sevindirmək üçün kilsə xoru mini konsertlər verib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, konsertlərin keçirilməsində məqsəd insanlarda Yeni il ərəfəsində xoş ab-hava yaratmaqdır.

Konsertlər daha çox Kiyev vilayətinin şəhər və kəndlərində ağır şəraitdə yaşayanlar üçün baş tutur.

Qeyd edək ki, həmin ərazidə yaşayanlar humanitar yardım sayəsində həyatlarını davam etdirmək imkanı əldə edirlər.