Rusiya Ermənistana hərbçilər göndərdi

 13:59 01.01.2023     551

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin Quru Qoşunlarının bölmələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçiriləcək sülhməramlı təliminin iştirakçısı olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilib.

“Rusiya Federasiyasından kənarda Ermənistan ərazisində KTMT sülhməramlı kontingentinin “Sarsılmaz Qardaşlıq-2023” birgə təlimi keçiriləcək”, - məlumatda deyilir.

Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə Rusiyadakı hərbi dairələrin poliqonlarında səkkiz ikitərəfli təlimlərin keçirilməsi planlaşdırılır.

 "Bütün manevrlər sülhməramlı və antiterror xarakterli olacaq", - nazirlik bildirib.

 Müdafiə Nazirliyinin məlumatına görə, bunlar Rusiya-Hindistan “İndra-2023” xüsusi təyinatlı təlimi, ŞƏT-ə üzv dövlətlərin “Sülh missiyası-2023” birgə hərbi antiterror komanda-qərargah təlimi, Rusiyanın laosla birgə hərbi təlimləri, Rusiya-Pakistan birgə "Dostluq -2023" hərbi təlimidir.

Həmçinin planlarda Rusiya-Əlcəzair birgə hərbi təlimi, Mərkəzi Asiya regionunun kollektiv sürətli yerləşdirmə qüvvələrinin bölmələri ilə birgə “Sərhəd-2023”, Rusiya-Monqolustan “Selenqa-2023” birgə təlimi və Rusiya-Vyetnam təliminin keçirilməsi nəzərdə tutulur.