İranda futbolçular həbs edildi
İranda yüksək liqada çıxış edən Tehranın tanınmış futbol komandalarından birinin bir neçə indiki və keçmiş oyunçusu Dəmavənd şəhərində qonaqlıqda tutulublar.
Redaktor.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.
Məlumata görə, onlar qonşuların şikayətindən sonra polis tərəfindən saxlanılıblar. Bildirilib ki, futbolçuların bəziləri alkoqollu içki qəbul etdiyinə görə sərxoş halda olub.
Qeyd edək ki, həbs olunan bu şəxslərin bəziləri İranda keçirilən etiraz aksiyalarına görə motivasiyanın olmadığını söyləsələr də, futboldan danışdıqlarını iddia etmişdilər. Agentlik tutulan futbolçuların adlarını açıqlamayıb.
Xatırladaq ki, İranda idmançılar arasında aksiyaları dəstəkləyənlər az deyil. İran yığma komandasının keçmiş üzvü, tanınmış futbolçu Əli Daei etirazlara laqeyd qalmayaraq sosial səhifəsindən paylaşım etmişdi. Ötən həftə onu ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə uçan təyyarədən düşürüblər. Tehran hakimiyyəti onun və ailəsinin İrandan çıxmasına qadağa qoyub.