Maduroya qarşı sanksiya götürüldü

 15:59 01.01.2023     373

Braziliya hökuməti Venesuela prezidenti Nikolas Maduro və bir sıra yüksək rütbəli diplomatların ölkəyə girişini qadağan edən qərarı ləğv edib.

Redaktor.az xəbər verir ki, prezident N.Maduro və bəzi yüksək səviyyəli diplomatların ölkəyə girişinə 2019-cu ildən bəri qüvvədə olan qadağanın ləğvi ilə bağlı qərarı ədliyyə nazirinin müavini Antonio Ramirez Lorenzo və xarici işlər naziri Karlos Alberto Franko França imzalayıb.

Hökumətin bu qərarı ilə Maduro Braziliyada keçirilən prezident seçkilərində qalib gələn və yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində iştirak edə biləcək.

Xatırladaq ki, Maduronun ölkəyə girişinə qadağa qoyulması qərarı ifrat sağçı Braziliya prezidenti Jair Bolsonaro 2019-cu ildə Venesuela müxalifətinin başçısı Xuan Quaydonu "qanuni lider" kimi tanıdıqdan sonra qəbul edilmişdi.