Aeroportun işçisi təyyarənin turbininə düşüb öldü

 17:02 01.01.2023     333

ABŞ-ın Alabama ştatının Montqomeri hava limanının əməkdaşı "American Airlines" şirkətinə məxsus təyyarənin turbininə düşərək ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hadisədən sonra hava limanı müvəqqəti bağlanıb.

Faktla bağlı araşdırma aparılır.