Kim Çen Ina xəbərdarlıq edildi: "Bu, sənin sonunu gətirəcək!”

 18:00 01.01.2023     397

Şimali Koreyanın nüvə silahından istifadə etmək cəhdi Kim Çen In rejiminin süqutuna səbəb olacaq.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi belə bəyanatla çıxış edib.

Cənubi Koreya nüvə başlıqlarının istehsalını eksponensial şəkildə artıracağını vəd edən Şimali Koreya lideri Kim Çen Ina xəbərdarlıq edib.

Koreya əmək partiyasının altıncı plenumunda çıxış edən Kim Çen In ölkənin nüvə qüvvələrinin gücləndirilməsi, nüvə başlıqlarının kütləvi istehsalı, ani əks-hücum edə bilən yeni qitələrarası ballistik raketlər sisteminin yaradılması zəruriliyini bəyan edib.

Şimali Koreya lideri bildirib ki, Cənubi Koreyanın açıq-aşkar düşmənə çevrilməsi rəsmi Pxenyandan öz arsenalındakı nüvə başlıqlarının sayını eksponensial şəkildə artırmağı tələb edir.

Kim Çen Inın çıxışından sonra Cənubi Koreyanın Müdafiə Nazirliyi bəyanat verib:

"Biz ciddi şəkildə xəbərdarlıq edirik ki, Şimali Koreya nüvə silahından istifadəyə cəhd edərsə, bu, Kim Çen In rejiminin süqutuna səbəb olacaq".

Cənubi Koreya Pxenyanı “hətta müharibəyə başlamağa hazır olmaqda” ittiham edərək, onu nüvə inkişafını dərhal dayandırmağa və nüvəsizləşdirmə yoluna qayıtmağa çağırıb. Rəsmi Seul bunu Şimali Koreya xalqının həyat şəraitinin yaxşılaşdırılması üçün “yeganə yol” adlandırıb.

Cənubi Koreya həmçinin Şimali Koreyanın nüvə və raket təhdidlərinə “kəskin” şəkildə “üç oxlu” müdafiə sistemini gücləndirməklə “qətiyyətli cavab” verəcəyini vəd edib.