Kimyəvi zavod partladı

Hindistanın Maharaştra ştatının Nasik rayonunda kimyəvi zavodda partlayış baş verib.
Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
Zavodda hələ bilinməyən səbəbdən kimyəvi maddələri qarışdıran qazan partlayıb. Yanğın və tüstü uzaqdan görünür.
Hazırda fabrikdən 19 nəfər xilas edilib, onlardan 17-si yerli klinikaya yerləşdirilib.