Akardan Yunanıstana sərt XƏBƏRDARLIQ

 19:55 01.01.2023     340

“Bizim davamlı sülh əlimizi uzatmağımıza baxmayaraq, Yunanıstan davamlı olaraq gərginliyi artırır, təxribatçı hərəkətləri və gərginliyi artıran bəyanatları verməyə davam edir”.

Redaktor.az “Milliyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

“Bunlar sadəcə olaraq beynəlxalq aləmdə insanları çaşdırmaq üçün irəli sürülən şeylərdir. Türkiyə dövlətinin siyasəti çox aydındır. Biz buna beynəlxalq hüquq, özünümüdafiə, özümüzün, kiprli qardaşlarımızın hüquqları deyirik.

On kilometrlik Meis Adasına 40 min kvadrat kilometrlik dəniz yurisdiksiyası istəyirlər, beynəlxalq müqavilələri pozaraq adaları silahlandırırlar. Biz bu günə qədər heç bir təxribata icazə verməmişik, buna da verməyəcəyik”, - deyə Akar qeyd edib.