Atəşfəşanlıq iki can aldı

 21:25 01.01.2023     340

Polşada Yeni il atəşfəşanlığı zamanı 700-ə yaxın yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın dövlət yanğından mühafizə xidmətinin rəsmi nümayəndəsi Karol Kejkovski bildirib.

Yanğınlar əsasən zibil qutularında, avtomobillərdə baş verib.

Onun sözlərinə görə, yanğınlar nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Yanğın zamanı 12 avtomobil yanıb.