İsrail polisi terrorda şübhəli bilinənləri saxladı

 22:10 01.01.2023     357

İsrailin təhlükəsizlik qüvvələri dekabrın 31-i axşam saatlarında İordan çayının qərb sahilində terror fəaliyyəti həyata keçirməkdə şübhəli bilinən 8 fələstinlini saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

Qeyd olunur ki, əməliyyatda İsrail Müdafiə Qüvvələri, Sərhəd Polisi və Ümumi Təhlükəsizlik Xidməti iştirak edib.

Şübhəlilər Hebron, Qalkilya və Beyt Ummar şəhərlərində tutulublar.