Çindən gələnlər bu ölkəyə buraxılmayacaq

 23:25 01.01.2023     362

Mərakeş hakimiyyəti Çin Xalq Respublikasından gələn və vətəndaşlığından asılı olmayaraq bütün səyahətçilərin ölkə ərazisinə girişini qadağan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Mərakeş Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb ölkəni COVID-19 infeksiyasının yeni dalğasından qorumaqdır.

Nazirlik qadağanın müstəsna hadisə olduğunu vurğulayıb: “Bu, iki xalq arasındakı səmimi dostluğa və ölkələr arasında strateji tərəfdaşlığa heç bir təsir göstərməyəcək”.