Pirotexniki vasitələrdən aktiv istifadə bu ölkədə ekoloji fəlakətə səbəb oldu
Meksikanın paytaxtı Mexikoda havanın kəskin çirklənməsi ilə əlaqədar ekoloji xəbərdarlıq elan edilib.
Redaktor.az-ın məlumatına görə, bu barədə Mexiko şəhərinin Ətraf Mühit Komissiyasının yaydığı bəyanatda bildirilir.
Diametri 2,5 mikrometrdən az olan asılı hissəciklərin icazə verilən maksimal konsentrasiyasını aşmasına Yeni il ərəfəsində pirotexniki vasitələrdən aktiv istifadə səbəb olub.
Mexikoda həyəcan təbili çalınıb.
Söhbət paytaxt İztapalapa, Milpa Alta, Xoçimilko və Tlahuak rayonlarından, həmçinin ümumilikdə bir neçə milyon insanın yaşadığı Mexiko ştatının 13 bələdiyyəsindən gedir.
Hava təmiz olana qədər bu ərazilərdə avtonəqliyyat vasitələrinin istifadəsinə ciddi məhdudiyyətlər qoyulacaq.