Ukrayna ordusu bir gecədə 39 düşmən PUA-sını MƏHV ETDİ

 10:59 02.01.2023     566

Yanvarın 1-dən 2-nə keçən gecə rus işğalçıları İran istehsalı "Şahed-131/136" kamikadze dronları (PUA) ilə Ukrayna ərazisinə kütləvi zərbə endiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələrinin hava müdafiəsi, Ukrayna Müdafiə Qüvvələrinin digər tərkib hissələrinin havadan müdafiələri ilə qarşılıqlı əlaqəsi nəticəsində düşmənin 39 hücum PUA-sı məhv edilib.

"Hücumun dəf edilməsinə zenit-raket bölmələri, Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri və mobil atəş qrupları cəlb edilib. Qərb tərəfdaşlarımız tərəfindən Ukraynaya verilən avadanlıq və silahlar getdikcə daha çox iştirak edir.

Bundan əlavə, səma müdafiəçiləri iki “Orlan-10” operativ-taktiki PUA və bir Kh-59 idarə olunan hava raketini məhv ediblər", - deyə Baş Qərargahdan bildirilib.

Turan İSMAYIL