Çimərlik üzərində iki helikopter toqquşdu - ölənlər var

 12:43 02.01.2023     313

Avstraliyanın Brisben şəhəri yaxınlığındakı “Gold Coast” çimərliyi üzərində iki helikopterin toqquşması nəticəsində ölənlər və xəsarət alanlar var.

Redaktor.az ABC telekanalına istinadla xəbər verir ki, qəzanın baş verdiyi Kvinslend ştatının təcili yardım xidməti 13 nəfərin xəsarət aldığını bildirib.

Yerli vaxtla saat 14:00 radələrində baş vermiş qəza yerində hazırda xilasetmə xidmətinin əməkdaşları çalışırlar. Hadisə nəticəsində həlak olanları sayı barədə məlumat verilməyib.

Polis əməkdaşları hazırda qəzanın baş vermə səbəblərini aydınlaşdırırlar.