Rusiya Ukraynada daha 70 min hərbçini itirməyə hazırdır - Kəşfiyyat
Yaxın dörd-beş ay ərzində Rusiya Federasiyası şimaldan və ya şərqdən hücuma keçə bilər və 70 000-ə qədər hərbçisini itirməyə hazırdır.
Redaktor.az-ın UNİAN-a istinadla məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak bildirib ki, ruslar uduzduqlarını başa düşürlər, lakin onlar müharibəni bitirməyi planlaşdırmırlar və hücum əməliyyatlarını davam etdirməyə çalışacaqlar.
"Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, yaxın 4-5 ay ərzində Rusiya ordusu daha 70 min nəfər itirə bilər. İşğalçı ölkənin rəhbərliyi isə belə itkilərə hazırdır", - o deyib.
Çernyak həmçinin əmindir ki, ruslar müvəqqəti işğal olunmuş Krıma gedən quru dəhlizini saxlamağa və bütün Donetsk vilayətini tutmağa çalışacaqlar.
Turan İSMAYIL