2022-ci ildə Türkiyənin ixracatı rekord həddə çatıb - Ərdoğan
![](https://img.redaktor.az/news/2023/01/photo_190363.jpg)
Ötən il Türkiyənin ixracı 254 milyard dolları keçərək tarixi səviyyəyə çatıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“2022-ci ilin sonunda Türkiyənin ixracatı bir il əvvəlki ilə müqayisədə 12,9% artaraq rekord həddə - 254,2 milyard dollara çatıb", - deyə dövlət başçısı qeyd edib.
Turan İSMAYIL