ABŞ-a məxsus F-15 qırıcıları İsrailə gəldi

 16:10 02.01.2023     409

Bu gün ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı F-15 döyüş təyyarəsi İsrailə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, amerikalı pilotlar İsrailin ölkənin cənubundakı Nevatim hərbi hava bazasına eniş ediblər. Yəhudi dövlətinin ordusundan verilən məlumata görə, başlayan həftə ərzində onlar israilli həmkarları ilə birgə təlimlərdə iştirak edəcəklər.

Təlim zamanı amerikalı və israilli pilotlar birgə döyüş əməliyyatları həyata keçirəcək və şərti düşmənin dərinliklərindəki hədəfləri məhv edəcəklər.

Mətbuat xidməti həmçinin qeyd edib ki, təlimlərdə İsrail tərəfdən xüsusilə "Adir" və "Nahshon" təyyarələri iştirak edəcək. “Adir” adı altında İsrail Hərbi Hava Qüvvələri üçün beşinci nəsil F-35 qırıcısının modifikasiyası məlumdur. "Nahshon" adı ABŞ-da istehsal olunan "Gulfstream G550" biznes reaktivi əsasında yaradılmış İsrailin havadan erkən xəbərdarlıq və idarəedici təyyarəsidir.

Turan İSMAYIL