Bu ölkədə vəba epidemiyası elan edildi

 19:59 02.01.2023     270

Burundinin Bujumbura şəhərində vəba epidemiyası yayılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Burundi Xalq Sağlamlığı Nazirliyi məlumat yayıb.

Bujumburanın şimalındakı Bukirasazi rayonunda ishal və qusma şikayətləri ilə xəstəxanaya müraciət edən 12 nəfərdə vəba xəstəliyi aşkar edilib.

Şəhərdə vəba epidemiyası elan edilib. Dekabrın 26-31-də Bujumbura və ətrafına yağan güclü yağışlardan sonra vəba epidemiyasının yarandığı təxmin edilir.